- 6 May 2013
- 973
- 0
Bəzən elə olur ki, sistemə hər daxil olduğumuzda təkrar-təkrar müəyyən standart əmrləri daxil etməli oluruq. Buna misal olaraq Kali Linuxun son versiyasındakı səs problemini göstərə bilərəm. Sistemə hər daxil olduğumda (ola bilsin səs kartına görədir) terminaldan sudo pulseaudio -D əmrini yerinə yetirməli oluram ki, səs driveri aktiv hala keçsin. Bu isə bir müddətdən sonra həm yorucu, həmdə bezdirici olur. Hər dəfə bu prosesi təkrar-təkrar etməmək, sistemin bunu açılışda özü etməsi üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır. (Kali Linux üzərində test etmişəm)
1) İlk öncə bir test.sh faylı yaradırıq. İçinə bezdirici olan əmrləri alt-alta daxil edirik. Və bu faylı sistemin istənilən yerində yadda saxlayırıq. Məs. mən sudo pulseaudio -D əmrini əlavə etdim.
2) Yaratdığımız bu fayla icra oluna bilmə səlahiyyəti veririk. (Səlahiyyətlərin verilməsi ilə bağlı ətraflı məlumata buradan baxa bilərsiniz.)
sudo chmod +x test.sh
3) Terminalı açıb /root/.config/autostart/ papqasına daxil oluruq. Burada myscript.desktop adında bir fayl yaradıb içərisinə aşağıdakıları daxil edirik.
və save edib çıxırıq. Artıq hər dəfə OS açılışında desktop gnome yükləndiyində bizim script faylımız avtomatik olaraq çalışacaq və içərisində yazılı olan əmrləri icra edəcək.

Kod:
[CENTER] [Desktop Entry]
Name=MyScript
GenericName=A descriptive name
Comment=Some description about your script
Exec=/root/Desktop/test.sh
Terminal=false
Type=Application
X-GNOME-Autostart-enabled=true[/CENTER]